Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda vəzifəli şəxs adam vurub? - Açıqlama + Yenilənib 

Goranboyda vəzifəli şəxs adam vurub?...

Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlunun bir neçə gün öncə sərxoş vəziyyətdə Qaradağlı kənd sakini 2007-ci il təvəllüdlü Hazar Vəliyevi maşınla vurduğuna dair yayılan məlumatlar əsassızdır.

Bu barədə Oxu.Az-a uşağın atası olduğu bildirən Vəliyev Ehtiram İlham oğlu hadisənin sosial şəbəkələrdə təhrif olunaraq yanlış formada ictimailəşdirildiyini qeyd edir:

“2007-ci il təvəllüdlü Hazar Vəliyev mənim övladımdır. O noyabrın 27-də bibisi ilə Gəncə Şəhər ön hərbi hissəyə gedərkən Dəliməmmədli şəhər piyada keçindən enərkən sürüşüb yıxılıb. Bu zaman hər iki ayağından zərbə alıb. Əgər bu hadisə üzərindən kimsə reytinq qazanmaq üçün sosial şəbəkələrdə məlumat yayırsa, xahiş edirəm yazmasınlar. Bir insanı bu qədər alçaltmaq olmaz. Mənim övladıma dəstək olaraq xəstəxanaya çatdıran şəxsə bu qədər qara yaxmaq olmaz. Xahiş edirəm bu hərəkətlərə son versinlər. Bu hadisədən reytinq qazanmağa çalışan hər kəsə tək sözüm budur ki, yalan yanlış yazan hər kəsin başına gəldin”.

***

Goranboyda sərxoş sürücünün piyadanı vurduğu iddia edilir. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Dəliməmmədli şəhərinin girişində baş verdiyi qeyd edilib.

Belə ki, iddia edilir ki, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə rayonun Qaradağlı kənd sakinini maşınla vurub. Hadisə zamanı piyada hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır. 

Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabr ayının 27-də Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub:

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.

pia.az 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar